Bir Azərbaycan manifesti - İdris Heydərli yazır
28.05.2020

"Bir Səfirin manifesti" nə zamansa "Bir gəncin manifesti"nin davamıdır Sözlə Özü fərqləndirən Bir S səsidir,

Öz iki,söz üç səsdir,

Birləşdikləri zaman Bir yaranır,
Bir olur.
Hafiz Paşayevin "Bir səfirinin manifesti"ni oxudum,ilk qənaətim bu oldu.
Dostlarla dünənki görüşdə strateji və ağıl üzərinə söhbət edirdik,

Dostum tam bir amerikan heyranıdır, gənc menecmentin parçasıdır,
Xəyalları, dünyası, sevgisi məcara dolu Amerikadır.
Qəfildən bu nə sevgidir, nə istəkdir sorğusu keçdi içimdən,
Axtarışda
İlk səfirimizin xatirələri çıxdı qarşıma.
Kitab 2007-ci ildə çap olunub, Nizami muzeyinin kitab dükanında illərlə qarşıma çıxan, gözümə sataşan bu kitaba heç sevgim olmayıb,
Baxıb keçmişəm.
Kitabın çap oldunduğu illər isə Moskvada yaşadığım illər idi,
O zaman Əbdulrəhman Vəzirovun "Xatirələri", Çingiz Hüseynovun "Minuvşie na vstreçu" xatirələr kitabı, Əfran Daşdəmirovun Azərbaycan Konqresindəki idoloji savaşı, Eldar Quliyevin söhbətləri, Primakovla görüşlər, dolu dolu günlər idi.
O illərdə kitab düşüncəm dəyişdi, kitaba baxışım dəyişdi,
Kitab Yazan və Kitab kimi yaşayan adamlar arasındakı fərqi görməyə başladım,
Kitab yazan Vəzirov hər cümləsində özünü deyil, özgəsini yazır,
Əfrand Daşdəmirov ideoloji kitab kimi yaşayır,
Primakov yemək masasında zarafatlar edir, kitablarında sadəcə bir funksiyadır,özünü deyil,
Özündə yaşatdığı özgəni danışır.


Hafiz Paşayev özünü yazıb, özünü anladıb,
İlk dəfədir ki, Azərbaycan yazısında hekayəsi olan adamın Sözünü oxuyuram,
Heyrət etdim.
"Bir zaman Amerikada" filmi kimi bu xatirələr Amerikada qurulan Azərbaycan hekayəsidir,
O hekayənin yazısıdır.
Bizim dövlət ənənəmizdə bu yazı xarakteri ciddi bir təməldir,
Təcrübəsini yazmaq.
Dövlətlər arası münasibətlərdə təcrübəsini yazanlarla Dövlət yerini, siyasətini, gələcəyini bilər.
Təcrübə yoxsa,təhlil yoxdur, nəzər heç bir işə yaramaz, nəzəriyyə küllə oynamaq kimi iş bacarmaz.
Azərbaycan siyasi və diplomatik düşüncəsində Səfir təcrübəsini yazmaq,
Bu yazısı ilə Özünü anlatmaq?
Bu cəsarətin qaynağı nədir?
Məncə bir Alim kimi, bir insan kimi, bir doplomat kimi,
Və bu kimliklərin üstündə var olan Özünü tanımaqdan gəlir bu cəsarət.
Özünü tanıyan adam Birdir, bütün xüsussiyyətləri Birinin yanındadır,
"Bir Səfirin manifesti" nə zamansa "Bir gəncin manifesti"nin davamıdır.
O "gənc"də,"səfir" də Bir hekayəni yazırlar,
O Azərbaycan hekayəsidir.


Sözü ilə Özü Bir olanlar var olduğca oxunmaq üçün kitablar yazılacaq,
And olsun yazıya,yazıya pozu yoxdur,
Hər yazı isə kitab olmaz.
Hafiz Paşayevin "Bir səfirin manifesti" məncə Azərbaycan kitabı içində yaşayacaq.
Təşəkkürlər Hafiz müəllim,
Dövlət təcrübəsi, dövlət ağlı üçün bir aləm anladırsınız,
Bu aləmi rus, alman, türk, gürcü hər millət öz gözü və öz nəzəri ilə tanıdar,
Siz isə azərbaycanlı nəzəri ilə bir "fizika"- aləm kəşf etdirdiniz,
Bu aləmim içində yaşayan Azərbaycan üçün ömür yaşamağa dəyər.

Visiontv.az