BioNTech vaksinlərimiz gəlməyə başladı – Türkiyə Səhiyyə naziri
05.08.2021

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca “BioBTech” vaksinlərinin ölkəyə gətirilməyə başladığını açıqlayıb.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, koronavirusla bağlı keçirdiyi videokonfransdan sonra mətbuata açıqlama verən Qoca, ölkəni ahuşuna alan meşə yanğınlarıyla mübarizənin davam etdiyini bildirib.  

Yanğından zərər çəkənlər üçün lazım olan bütün səhiyyə xidmətlərinin təmin edildiyini söyləyən nazir deyib: “Ölkəmizin mübarizə gücü və vətəndaşlarımızla birlik və bərabərlik içində hərəkət etmə təcrübəmiz yüksək səviyyədədir.”

Covid-19-a yoluxma sayının dünən təqribən 25 min olduğunu xatırladan Qoca, “BioNTech vaksinlərimiz dünən gecə gəlməyə başlayıb. Təqribən 13 milyon doza vaksinimizi bazar ertəsinə qədər təslim edəcəyik” dedi.