Binanın həyətində qeyri-adi məxluq gördü, dəhşətə gəldi - Video
11.06.2019

ABŞ sakini Vivian Qomes yaşadığı binanın həyətində qeyri-adi məxluq görüb.

VisionTV.az xəbər verir ki, gördüklərindən dəhşətə gələn qadın onun görüntülərini Feysbuk hesabında paylaşıb.

“Əvvəl mən evimin yanından gələn kölgəni, sonra isə bu məxluqu gördüm. Daha kim bunu kameralarında görüb? O, digər iki kamerada, nədənsə, yoxdur”, - qadın qeyd edib.

Bir çox sosial şəbəkə istifadəçiləri qeyd ediblər ki, videodakı məxluq “Harri Potter” filmindəki ev-elfi Dobbiyə bənzəyir.