Bin Salmanı ingilis klubunu almağa bu xanım razı salıb - FOTOLENT
14.02.2020

ABŞ-ın investisiya mütəxəssisi Karla DiBello Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı İngiltərənin "Nyukasl Yunayted" klubunu almağa inandırıb.

Visiontv.az xəbər verir ki, bu barədə "CNN Türk" məlumat yayıb.

35 yaşlı Karla DiBello Səudiyyə İnvestisiya Fondunun (PIF) 343 milyon funt-sterlinq təklifini ingilislərə çatdırıb.

Qeyd edək ki, DiBellonun PİF-in başında duran Yasir əl-Rumayyan ilə yaxın münasibətdə olduğu deyilir. Evli olan Yasir əl-Rumayyanın ara-sıra qolf oynadığı və DiBello ilə nahar etdiyi bildirilir.

DiBello və ər-Rumayyan oktyabrda vəliəhd şahzadə Məhəmməd bin Salmanın lüks yaxtasında görüşüblər. Vəliəhd şahzadənin "Nyukasl"dan əvvəl İngiltərənin digər klubu "Mançester Yunayted"lə maraqlandığı məlumdur.