Azərbaycanda Bilik günü və digər kütləvi tədbirlər keçirilməyəcək.
Visiontv.az xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu Təhsil Nazirliyinin “Facebook” səhifəsində keçirilən onlayn konfrans zamanı bildirib.
O əlavə edib ki, sadəcə sinif otaqlarında bilik günü ilə əlaqədar kiçik çıxışlar ediləcək: “İlk dərs “Mən pandemiya dövründə karantin qaydalarına necə əməl edirəm?” mövzusunda baş tutacaq”.