Biləsuvarda yol QƏZASI - Xəsarət alanlar var
17.03.2023

Biləsuvarda yük maşını minik avtomobili ilə toqquşub.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, hadisə köhnə Ələt - Astara magistral yolunun, Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. TIR-la "VAZ-2107" markalı minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlar Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəsarət alanların "VAZ-2107"-nin sürücüsü və sərnişinləri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Biləsuvarda yük və minik maşınları toqquşub, 5 nəfər xəsarət alıb - FOTO