Bəzi yerlərdə yağış... - HAVA PROQNOZU
27.03.2019

Bəzi yerlərdə yağış... - HAVA PROQNOZU

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Visiontv.Az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Mülayim cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 10-13° isti,

Bakıda gecə 4-6° isti, gündüz  10-12°  isti təşkil edəcək.

 

Atmosfer  təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət  gecə 75-85 %, gündüz 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gecə və səhər bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir.

Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə

2-6° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz  2-7° isti təşkil edəcək.