Bəzi Qərb gücləri öz ordularını "sülhməramlı” statusunda Cənubi Qafqazda görmək istəyirlər-deputat Hikmət Babaoğlu
Bəzi Qərb gücləri öz ordularını "sülhməramlı” statusunda Cənubi Qafqazda görmək istəyirlər-deputat Hikmət Babaoğlu
28.07.2021 Hikmət Babaoğlu Tərəfindən

Ermənistanın Azərbaycanla sərhəddə ciddi cəhddlə vəziyyəti gərginləşdirmək istəməsi ardıcıl olduğ üçün əsla təsadüfi xarakter daşımır.

Görünür düşmən ölkənin xüsusi planları var və bu planların mümkün senarilərindən biri də yenidən Azərbaycanı müharibəyə cəlb etmək ola bilər. Ancaq biz bilirik ki, 44 günlük davam edən ikinci Qarabağ savaşında qəhrəman Azərbaycan ordusu erməni orudusunu muzduları, terroristləri və diversantları ilə birlikdə məv edib. Hazırda ermənilər də bilirlər ki, onlar genişmiqyaslı müharibə aparmağa qadir deyillər. Çünki nə ordu var nə də əvvəlki həvəslə muzdlular və beynəlxalq terrorçular ermənilər tərəfindən artıq savaşmayacaqlar.

Belə olan halda ermənilərin məqsədi regiona digər dövlətləri cəlb etməklə yenidən müharibə alovlandırmaq niyyəti ola bilər ki, doğrusu bu həvəsdə olan bəzi dövlətlər də yox deyil. Məsələn Fransanın timsalında biz Ermənistana istənilən dəstəyi verməyə hazır olan bir nümunə gördük. Ancaq bu dəstək də ermənilərin revanşist cəhdləri üçün yetərli deyil. Çünki regionun aparıcı aktorları Rusiya-Türkiyə-Azərbaycan strateji xətti regionda sabitliyin qorunması və yaranmış yeni geostrateji reallığın möhkəmləndirilməsində maraqlıdırlar. Bəzi Qərb gücləri isə öz ordularını heç olmasa “sülhməramlı” statusunda Rusiya ilə bərabər Cənubi Qafqazda görmək istəyirlər.

Bununla da hesab edirlər ki, Rusiyaya qarşı Cənubi Qafqazda “geostrateji plüralizmi” təmin edə və yenidən Azərbaycana təzyiq etməklə ermənilərin əlini gücləndirə bilərlər. Yəni mümkün təxribat çoxməqsədli və çoxkombinasiyalıdır. Ancaq bu miqyasda təxribatı həyata keçirmək üçün ermənilərin hərbi gücü onu bu təxribatlara həvəsləndirənlərin isə regionumuzda konkret hərbi siyasi və iqtisadi alətləri yoxdur. Ona görə də erməni siyasi elitasının “ağılı təxribat strategiyları” bəri başdan uğursuzluğa məhkumdur. Azərbaycan isə olduqca ciddi hərbi-siyasi və iqtisadi təşəbbüslərlə postmünaqişə dövünü möhkəmləndirməklə yeni geostrateji reallığı hamıya qəbul etdirməkdədəir.

Visiontv.az