Bəzi məmurlar hansısa bir mərhələdə özlərini siyasətçi kimi hiss etməyə başlayırlar-Alqış Musayev
09.07.2020

Təəssüf ki, bəzi məmurlar fəaliyyətlərinin hansısa bir mərhələsində özlərini artıq məmur kimi yox, siyasətçi kimi hiss etməyə başlayırlar.

Müəyyən səbəblərdən - təbii ki, bu səbəblər xüsusi bir söhbətin mövzusudur - onlara elə gəlir ki, əldə etdikləri nailiyyətlər, qazandıqları maddi imkanlar, onlara göstərilən hörmət hakimiyyətin inzibati resursları hesabına deyil, öz şəxsi keyfiyyətləri və fitri istedadları hesabına reallaşıb.

Bu yanlış qənaət onları bir az da şirnikləşdirir, növbəti səhvlərə sürükləyir, növbəti yanlışlara sövq edir.

Və növbəti mərhələdə, nəzarət etdikləri sahənin, yəni hakimiyyətin ideloji, siyasi, maddi resurslarını dövlətin və Prezidentin təbliğinə deyil, öz şəxsi imiclərinin formalaması istiqamətində istismar edirlər.

Visiontv.az