Bəzi deputatların qulağınıza pıçıldadığı sözlərə fikir verməyin-Şöhrət El-Dəniz
Bəzi deputatların qulağınıza pıçıldadığı sözlərə fikir verməyin-Şöhrət El-Dəniz
02.06.2020 Şöhrət El-Dəniz Tərəfindən

Niyə görə yeni seçilən və gənc millət vəkillərindən çox yazıram.

Çünki növbədənkənar Parlament seçkilərində seçildilər. Yeni və gənc deputatlar çoxdur. Prezident İlham Əliyevin gənc kadr islahatları uzlaşırlar. Gənc deputatların daha fəal, daha inandırıcı olduğu qənaətindəyəm. Seçiciləri üçün nəsə etdikləri fikrindəyəm. Məhz buna görə onlara saytımızda daha çox tribuna tanıyıram.

Əmması da var.

Bəziləri suallara cavab verməkdən qaçır. Ya suallardan qorxurlar, ya da elə fikirləşirlər ki, təmənna güdürük. Qardaşım təmənna güdən zəng vurub, dəng edib, gəlib qapının arxasında saatlarla gözləyər ki,..

Mən sosial şəbəkə vasitəsilə suallar verirəm, mövzular deyirəm, münasibət öyrənirəm. Başqa fikirdə deyiləm, narahat olmayın. İndiki məqamda cəmiyyət üçün gənclərin mövqeyi, fikri, yeni baxışı önəmlidir. Əsasəndə yeni seçilən, gənc, perspektivli, fəal millət vəkillərinin fikirləri, mövqeləri, gördükləri işlər diqqətdədir və aktualdır. Siravi seçicilər hələlik sizlərə inanır. Ümid edirlər. Milli Məclisdə 10 illərdir kirli bizneslərini qorumaq üçün yanınızda oturan bəzi deputatların qulağınıza pıçıldadığı sözlərə fikir verməyin. Onlar kimi olmayın. İnsanlarda özünüzə qarşı nifrət yaratmayın. Fəal olun. Seçiciləinizi sevin.

Mətbuata açıq olun. Cəmiyyətdən, öz seçicilərinizdən qorxmayın.

Prezident İlham Əliyevin bu fikirlərini daimi yadınızda saxlayın: “Deputatlar Prezidentin deyə bilmədiyi sözü deməlidirlər”.

Visiontv.az