Beynəlxalq terrorçu və narkotik alverçisi Naci Şərifi Zindəştiyə Urmuda beş ulduzlu otel tikmək üçün icazə verilib
07.11.2024

İran hökumətinin beynəlxalq terrorçu və narkotik alverçisi Naci Şərifi Zindəştiyə dəstəyi ilə bağlı ictimai qınağın artmasına baxmayaraq, ona Band Urmiya yolunda beşulduzlu otel tikmək üçün icazə verilib.

Qərbi Azərbaycanın demoqrafik və inzibati tərkibinin dəyişdirilməsi ilə bağlı şübhəli layihələrdə İran hökumətinin əsas dayaqlarından biri kimi tanınan Naci Şərifi Zindəşti son illər hökumətin dəstəyi ilə bu bölgədə geniş fəaliyyətə başlayıb. Otel üçün əldə edilən yeni icazə Zindəşti və onun ailəsinə xüsusi imtiyazların verilməsinin davamıdır və bu ailənin İrandakı qanunsuz fəaliyyətini ört-basdır etmək məqsədilə edilir.

Qeyd edək ki, Kürd terror qruplaşmalarına bağlı və beynəlxalq axtarışda olan terrorçuların qaçaqmalçısı olan Naci Şərifi Zindəşti İran İnqilabı Keşikçiləri Korpusu üçün Türkiyədə bir neçə siyasi sui-qəsd və adam oğurluğu həyata keçirib. 

visiontv.az