Bəxtiyar Hacıyev saxlanılıb
09.12.2022

Vətəndaş Bəxtiyar Hacıyevin saxlanılması Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 289-cu (məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədardır.

Bu barədə Visiontv.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, barəsində qətimkan tədbiri seçilmək üçün o bu gün məhkəməyə göndərilib.