14.010.2019
Axtar
Əxlaq-Din
alt

Bəsirət gözü ilə baxanların Bərzəx surəti və Adəm Övladının azad seçimi

Şübhəsiz ki, bəzilərimiz bu mənzərə ilə qarşılaşmışıq: yol ilə gedərkən, qonaqlıqda, əsasən adamların çox toplaşdıgı yerlərdə: çayxanaladra, parklarda, insanların izdihamı yaşanan küçələrdə, xüsusən passport, bilet növbəsinə dayanarkən və s. yerlərdə cürbəcür insanlarla rastlaşıb onları müşahidə etmək…… bir – bir ” bu cür adam da” varmış kimi öz- özünə söhbət etmək, yarıməətəl qalmaq, şükür etmək,müqayisə etmək, qınamaq, tənqid etmək, təəsüflənmək və daha nələr…. İnaniram ki, bu kimi düşüncələr hər birimizin aglından bir saniyə də olsa keçib. Və bu an həmin adamları istər fiziki görkəminə, istərsə də daxili xüsüsiyyətinə, xasiyyətinə görə öz aləmimizdə bölmüşük:( yaxşı, pis, təmənnalı, dargöz, sırtıq, təvəzökar, əhlikef, bivec, yalnız öz xeyri üçün çalışan, bununla bərabər xeyirxah,mərhəmətli, gözütox, başqalarının xeyirinə sevinənən, içdən gələn gülərüzlülük, öz xeyri üçün başqalarını əzməyən, namuslu, vicdanlı, əxlaqı ilə nümünə olan, sadə, qəlbi geniş, vətənpərvər, insanpərvər və s.) və nələrəsə oxşatmışıq… məs. (hər bir kəsdən üzr istəyərək yazacam, Həmd olsun Allaha onun hər bir verdiyinə ) bəzi heyvanlara,iyrənc məxluqlara və ya qəhrəmanlara, kitabdakı obrazlara, xəyalımızdakı insana, hətta bəzi təbiət hadisələrinə… Amma qəhrəmanlar, obrazlar, xəyalımızdakı insan, təbiət hadisəsindən bu dəfə danışmayacam. Çünki, bunlar da insan xarakterini, fiziki görkəmini özündə əks etdirsə də danışacagım məqam bir az fərqlidi. İnsanların əsasən heyvanlara bənzədilməsindən söhbət açacagam. Buna islam inancında bərzəx surəti deyilir. Əksərimiz bəzən qarşımızdakı insanın xarakterinin bir baxışda anlamışıq. Elə deyilmi? Məsələn bəzi insanları daxilindən qaynaqlanan xüsüsiyyətlərinin xaricinə yansıması səbəbindən onu “tülküyə” bənzətmişik , bəzilərini isə şit hərəkətlərinə görə “ meymun” adlandırmışıq. Bununla bərabər bəzi insanları bəzi məxluqlara da bənzətmişik… Buna bax islam aləmində bərzəx surəti yəni bəsirət gözünün açıq olması ilə nail oluruq.Haşiyə çıxım ki, söhbət təkcə gözəl adamları və ya eybəcər insanları fiziki görünüşünə görə bənzətməkdən getmir , xarici görünüşünə görə oxşatma deyil bərzəx. Bərzəx daxili auranın xaricə yansıyaraq görünüş verməsinə deyilir.Və bunu hər kəs görə bilmir. Nümunə gətirəcəm: Bəzən elə gözəl adam olur ki, ilk baxışda onunçün etməyəcəyimiz şeylər olmur: onla söhbət etməyə can atırıq, yanında əyləşməyi fəxr bilirik ,ona yaxın olmagı hər şeydən üstün tuturuq. Bircə dəfə söhbət edəndən daxili aləmi ilə tanış olandan sonra, bircə kəlməsi ilə qəlbindəki zəifliyi, dayazlıgı anlayırıq və bizim gözümüzdə çirkinləşir həmən , nə qədər də gözəl olsa da ona baxanda daha o gözəlliyi görə bilmirik, əksinə elə bil gözümüzdə həqiqətən də eybəcər cizgiləri yaranır və bir az əvvəl gördüyümüz gözəllikdən heç bir əsər-əlamət qalmır. Ama bəzən də xarici səbəbiylə elə də gözəl olmayan birinin daxili aləmi onu o qədər saf , təmiz, gözəl göstərir ki,onun simasındakı nöqsanmı deyim( üzr istəyirəm) ya nə bilm necə adlandırım elə bil həmin adama daxili gözəllik, xarizmatiklik, təkrarsızliq verir və biz onu elə gözəl də bilirik, elə görürük. Bərzəx məhz insanı tanımaqdır, gözlə görünməyən məqamları açmaqdır, bərzəx maddi olaraq mövcud deyil, o bir həqiqət gözüdür. Bərzəx eyni zamanda olacaqları görməkdir, təxmin etməkdir . Hər kəsdə olmur bu baxış. Həqiqətdir ki, öz elmindən baqi olanlar, elmə töhfə verənlər, həyatın sirrini mənasını, məgzini açmaga çalışan alimlər həyatın anlamın dərk etdikcə bərzəx gözləri də açılır.Tanrı onlara uzaqgörənlik, hər şeyin öncəsini görmək, ölçüb- biçmək bacarıgı - bəsirət gözü verir. Nə üçün bəsirət gözü alimlərə daha çox verilir desək. Bunun çox sadə bir açıqlaması var. Cahil din adamları özlərinin də başa düşə bilməyəcəkləri dini bizə başa salınca, həmin alimlər yaşamın mənasın birbaş elmləri ilə açıb göstərirlər. Elmlə uca məqama yetişirlər. Hər bir təbiət möcüzəsinin sirrini açaraq bu sirrdə Allahın VAR oldugunu dərk edirlər, qəbul edirlər. Yalandan uzaq olurlar, çünki başa düşürlər ki, yalan mənasızdır, həqiqət birdir, cahillikdən, zülümdən, qısqanclıqdan, paxıllıqdan kənar gəzirlər. Cərəyan edən elm araşdırmalarında bunun lazimsiz olduguna şahid olurlar , belə hərəkətləri lüzümsüz görürlər, hər addımda Allahın yaradılışına şahid olurlar. Onunçün də onların bəsirət gözü açıq olur.Buda Allahın onlara öz səyləri, elmləri qarşılıgında verdiyi ən böyük mükafat olur . Təsadüf deyil ki, Qurani Kərimin İlk ayəsi ibadət et deyil, Oxu!dur.
Bərzəx haqqında
Bərzəx cografi elmdə iki su səthini birləşdirən coğrafi termindir. Dindəki bəsirət də iki məsafənin arasındakı bərzəx kimi eynidir.Yəni ki, səthləri birləşdirir. Bəs hansı məsafədir dindəki bu bərzəx, hansı səthləri əhatə edir? Deyilənə görə bu məsafə “ bu dünya “ ilə “o biri dünya” arasında mövcüd olan dünyadır. Buna ruh halı da deyilir. Bunun vasitəsilə məhz insanın bəsirət gözü açıq olur.
Tarixdə bir çox böyük alimlərin bəsirət gözünün açılması, gələcək haqqında xəbər verməsi və qeyri adi hərəkətlər etməsi haqqında kifayət qədər faktlar mövcvuddur. Batini gözü açıq olan arif insanların bərzəx gözlərinin açıq olması haqqında müxtəlif fikirlər var. Hətta keçmiş alimlərin bəziləri bu mərtəbəyə çatmaq üçün yəni bərzəx gözlərini açıq olması üçün ibadətlər, zikr edərmişlər. Göstərilir ki, onların məqsədi bu məqamı əldə etmək deyildi , onlar kamilləşmək və Allaha yaxın olmaq istəyirdilər.. Ümimiyyətlə diqqətimi cəlb edən əsas məqamlardan birincisi odur ki, bütün bunlara təsadüfi deyil ki,əxlaqın kamilləşməsi ilə nail olunurdu. Deyilir ki, əxlaq kamilləşəndə insan bəsirət əldə edir. Maraqlıdır ki, bu məqama çatmaq nə qədər çətindirsə, onu itirmək də bir o qədər asandır. Kiçik bir günah adamın bəsirət gözünü bağlaya bilər. Bir paylaşımda qarşıma çıxan məqalənin özündəki nümunəylə yazımı davam etdirərəm:
“- XX əsrin böyük alim və ariflərindən sayılan mərhum Seyyid Əbdülkərim Kəşmiri xatırlayırdı ki, bir müddət riyazət yolunda( nəfsə məhdudiyyətlər qoymaq) çalışdıqdan sonra mənim bərzəx gözüm açıldı. İnsanları əsil qiyafələrində görə bilirdim. Kimə baxırdımsa, əsil sifətini tanıyırdım. Tək-tək adamları insan qiyafəsində görürdüm. Hətta bəzən hamının hörmət etdiyi, gözəl insan kimi tanıdığı böyük şəxslər də çirkin sifətlərdə gözümə görünürdülər. Əksinə, adam içində çox da tanınmayan, hörməti olmayan bəzilərini gözəl qiyafədə müşahidə edirdim. Bu məsələ məni çox üzürdü. Çünki etibar etdiyim insanların iç üzünü görəndə qanım qaralırdı. Onlara olan etibarımı itirmək mənim üçün ağır idi. Öz-özümü qınayırdım ki, niyə bu adamlara qarşı pis fikrə düşürəm? Bəlkə gələcəkdə onlar tövbə edib özlərini düzəldəcəklər. Amma ola bilər ki, o zaman mən onlarla görüşə bilmərəm və bu adamlar mənim xatirimdə mənfi insan kimi qalarlar. Hətta iş o yerə çatmışdı ki, adam arasına çıxanda başımı aşağı salıb gəzirdim ki, heç kimin üzünü görməyim. Bu bacarığın məndən alınması üçün nə etməli olduğumu da bilmirdim.
Bir gün Hindistanda məşhur olan arif və abid şəxslərdən biri Nəcəfə ziyarətə gəldi. Mən əvvəllər də onu tanıyırdım və hər dəfə Nəcəfə gələndə onunla görüşmüşdüm. Bu dəfə görüşəndə mənim heç nə deməyimi gözləmədən özü söylədi: "Bərzəx gözünün açılması çox çətindir, amma onu bağlamaq asandır". Mən ondan soruşdum ki, bunu necə edə bilərəm? Cavab verdi: "Çox asan. Baqqaldan bir az ət al, apar həyətdə açıq havada kabab çək. Elə et ki, kababın iyi qonşulara da yayılsın, amma onlara pay göndərmə. Bunu et, o dəqiqə təsirini görəcəksən".
Mən onun dediyi kimi etdim. Kababın birinci tikəsini ağzıma qoyanda hiss etdim ki, Allah məndən bu bacarığı aldı və yenə öz əvvəlki adi vəziyyətimə qayıtdım.”

Bəli min bir əziyyətlə əldə edilmiş bəsirət gözünün- həqiqət gözünün tamahla sınaga çəkilməsi təbidir ki onu verilən insandan geri alacaqdır. Axı bəsirət dediyimiz kimi kamilləşmək yolunda əldə edilmiş bir istedad idi, bacarıq idi.Hələ dünyanın, insanın yaradılışından Tamaha qoyulan qadaga bu gün də davam edir, nəinki bəsirət elə adi baxar gözümüzü də əlimizdən alır. Şeytanın oyuncagına çevirir. Həmin alim kimi olanların aqibəti də alqışlanası halda deyil.Baxmayaraq alimiydi. Çünki bada vermişdi biliyini, heçə vermişdi əziyyətini. Insan övladı bir- birinin mükəmməlidir. Və çox şey yaratmaq iqtidarındadır. Bax həmin bərzəxdi ki, hansı ki heyvanlara bənzədilməsi ilə müqayisə edilirdi. Təsadüf deyil . Çünki, tamahkar, iradəsiz, düşüncəsiz davranmaq heyvanı hisslərə mənsubdu və insandan çox şey alar. Məhz buna görədir ki, bərzəxin ana təməlində heyvanlara bənzədilməkdən söhbət gedir.Axı dediyimiz kimi Allah insana düşüncə və iradə azadlıgı, seçim vermişdir. Heyvanlardan fərqli olaraq.
Fikrimcə hər kəs təmiz və ya çirkli dogulmur, dünyaya gələndən sonra hər kəs öz həyatını bəzəyir, əvvəldə də deyildiyi kimi Allah iki yol verir insana, seçimi də buraxır onun ixtiyarına . Bəzən çətin yollar çıxarır, bəzən asan. Çətindən qorxaraq qaçan, asan həyatı seçənlər əlbəttə ki, çıxdıqları dayaz yolda xöşbəxt olarlarsa bunu”qismət”, əgər sə də bədbəxt olarlarsa da bunu” haqsızlıq” kimi görərlər.Onlara verilən şansı, seçimi dəyərləndirməzlər. Həyatsa mənə görə qarpız deyil, seçimimizdə olan çox şey var. Niyyətimizi düz tutub gedəriksə, təmiz qəlblə, vicdanla, kələksiz, düz yolla yolumuzdakı çətinlikləri dəf etməyi bacararıqsa,bunu sona qədər inamlı,qərarlı və azmlə edəriksə əlbət ki, bu heç vaxt dəyərsiz qalmayacaq. Allah hər bir şeyi biləndir, görəndir. Düzdü dində “qədər” deyilən gerçəklik var, ama oturub, əlimizi- qolumuzu yanımıza salıb qədərə buraxmamalıyıq həyatımızı məncə.Bu məntiqdən kənar absurd fikirdi istənilən halda. Qədərimizi bir az da olsa özümüz seçməliyik, bunun üçün ayələrdə, surələrdə açıq- aşkar nişanələr ,həyatda isə tətbiq etmək bunu yaşamaq üçün imkanlar, yollar var. Özümüz həyatımızın baş qəhrəmanı- cəsur qəhrəmanı olmalıyıq.
Düşünürəm bütün bunlara nail olmaq üçün gərək cəsur, azad düşüncəyə və daxili əzmə sahib olaq ilk növbədə. Yaxşılara inanmaqdan və inandırmaqdan geri qoymayaq özümüzü heç bir zaman . Mübarizə kimləsə müqayisə ilə deyil , özü- özünü yarışda qoymaqdır,özünü qazanmaqdır,qarşılaşdıgın hər kədəri bogub sevincə çevirməkdir . 
Bəli bir insanı tanımaq o qədər də asan məsələ deyil.Yalnız xarici görünüş və göstərdiklərimiz hamısı demək deyil. Bir də ki, seçim azadlıgı ilə başladım yazıma elə onunla da baglayıb bitirmək istəiyirəm sözümü. Bəsirət həqiqət gözüdür, görməkdir. Kim istər ki, bundan məhrum ola? Qatıga qara deyə?Qaraya ag ?Əyriyə isə düz deyə?Əlbəttə ki, ilk baxışda heç kim istəməz.Ama istəmək şərt deyil, bacarmaq, nəfsə qalib gəlmək, bunun əyani şəklini həyatda yaşamaq şərtdir. İstədiklərimizi asanca diləmək deyil, qazanmaq gərək. Bununçün kimisə real həyatda nümunə seçməyə ehtiyac yoxdur. Özümüz olaq yetər. Məşhurlardan biri deyib ki: Əgər qibtə etmək istəyirsinizsə onda Napelona qibtə edə bilərsiniz.O da Sezara qibtə edirdi. Sezar İsgəndərə, İsgəndər də heç vaxt mövcud olmayan Herakla qibtə edirdi. Bunu misal çəkməkdə məqsədim özümüzə inanmagımızı nümünə gətirməkdir. Qoy biz özümüz başlangıclar qoyaq, inam yaradaq, cəmiyyətdə qibtə ediləcək insan olaq. Hər şey kənara həqiqətləri görüb düzgün dəyərləndirək. Daha dogru olanı seçək. İnsan iradəsinə verilən bu azad seçimdən düz istifadə edək.

Şərh