Azərbaycan lokal antiterror tədbirini dayandırdı. Çünki Qarabağdakı hərbi xunta tələblərimizi yerinə yetirməyə hazır olduğunu bildirir. Biz isə nə itki vermək istəyirik, nə də Qarabağda yaşayan mülkilərə zərər dəyməsini.
Məhz ona görə də ən yüksək səviyyədə bildirilmişdi ki, oradakı qanunsuz silahlı birləşmələr silahı yerə qoymağa hazır olduğu və rejim buraxıldığı halda dayanacağıq. Açığı qarşı tərəfin verdiyi sözə axıradək əməl edəcəyi ilə bağlı çoxunuz kimi məndə də şübhələr var. Amma ona qətiyyən şübhəm yoxudr ki, tələblərimizi tam şəkildə və sürətlə yerinə yetirməyəcəkləri halda daha rəzil vəziyyətə salınacaqlar.
Burada maraqlı olan məqamlardan biri bilirsiniz nədir, Qarabağdakı hərbi xunta Ermənistan rəhbərliyinin də, Azərbaycanı antiterror tədbirlərini dərhal dayanadırmağa çağıran ünsürlərin də yalançı, minsifətlili olduqlarını, reallığı təhrif etdiklərini və yaxud da görməzdən gəldiklərini ortaya qoyurlar. Baxın, hərbi xuntanın tələblərimizi yerinə yetirmyə hazır olduğunun bildirilidiyi "rəsmi" açıqlamasında nə yazılıb: "RAZILIQ ƏLDƏ EDİLİB Kİ, ERMƏNİSTAN RESPUBLİKASININ HİSSƏLƏRİ VƏ HƏRBİ QULLUQÇULARI QARABAĞIN RUSİYA SÜLHMƏRAMLILARININ YERLƏŞDİYİ HİSSƏSİNDƏN ÇIXARILSIN".
Nə oldu, bəs deyirdiniz ki, Ermənistanın Qarabağda heç bir hərbçisi yoxdur. Oradakı hərbi xunta təsdiqləyir ki, var və "dəmir yumruq" növbəti dəfə başlarına dəyəndən sonra rədd olub getməyə hazırdılar. Elə isə Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel, ABŞ Dövlət Departamentinə rəhbərlik edən Antoni Blinken, BMT Baş katibi Antonio Quttereş hansı üzlə demirəm, çünki kim olduqlarını yaxşı tanıyırıq, hansı əsasla Qarabağda başladılan antiterror tədbirndən narazılıqlarını ifraz edirdilər?!
Xankəndindəki hərbi xunta düyanı Qarabağda baş verənlərə adekvat yanaşmamaqda suçladıranda görünür elə bu adları çəkilənləri və onlarla eyni bayatı oxuyanları nəzərdə tuturlar?
Millət vəkili Sahib Alıyev
visiontv.az