Beren Saat gizli eşq yaşayır - İDDİA
26.08.2019

Aylardır boşanma xəbərləri ilə gündəmdən düşməyən Türkiyənin məşhur aktrisası Beren Saatın gizli eşq yaşadığı iddia edilib.

VisionTV.az open.az-a istinadən xəbər verir ki, sözügedən iddia ilə bağlı ortaya atılan foto isə "bomba" effekti yaradıb.

Sosial şəbəkədə paylaşılan fotoda Beren naməlum şəxslə səmimi şəkildə görüntülənib.

Lakin şəkli paylaşan səhifə onun kimə aid olduğunu qeyd etməyib və üstüörtülü şəkildə bu sözlər yazılıb: "Çox məşhur aktrisamız problemli evliliyinə nöqtə qoymuş kimidir".

Paylaşıma qısa müddətdə izləyicilərdən ad proqnozları gəlib. İzləyicilərdən bir çoxu şəkildəki məşhurun Beren Saat olduğunu iddia edib.

Aktrisa hələ ki, sözügedən foto ilə bağlı açıqlama verməyib.