Belarusda saxlanılan Rusiya vətəndaşlarının günahı sübuta yetirilməyib-Rusiya XİN
04.08.2020

“Belarusda saxlanılan Rusiya vətəndaşlarının günahı sübuta yetirilməyib”.

Visiontv.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova “Facebook” səhifəsində yazıb.

Belarus Prezidenti Aleksandr Lukaşenkonun bəyanatına münasibət bildirən Rusiya XİN-in rəsmisi bildirib ki, Minskdə saxlanılan Rusiya vətəndaşlarının günahı heç nə ilə sübut olunmayıb.