Belarus Polşa və Litvayla sərhədi bağlayır
19.09.2020

Belarus Polşa və Litvayla sərhədi bağlayır.

Visiontv.az-ın Eastnews.org-a istinadən verdiyi xəbərə görə, Belarus Prezidenti Lukaşenko Qərbdən ölkəsinə gələn təhlükələr səbəbindən ordunu müharibəyə hazırlamaq məcburiyyətində qaldıqlarını ifadə edərək, "Başda Polşa və Litva olmaqla ölkənin qərblə olan sərhədlərini bağlamalıyıq", - deyə bildirib.

Belarus Prezidenti Aleksandr Lukaşenko Minsk-Arenada təşkil edilən Qadınlar Forumundakı çıxışında ölkədəki prezident seçkilərinə qarşı etirazlar və qonşu ölkələrin təzyiqləri ilə bağlı dəyərləndirmələr edib. Seçkilərdən sonra xaricdən dəstək alan etirazçıların ölkədə hərc-mərclik yaratmaq üçün hər cür üsuldan istifadə etdiklərini, ancaq müvəffəq ola bilmədiklərini ifadə edən Lukaşenko xaricdən iqtisadi və diplomatik təzyiqlərin başladığını bildirib.

Qonşu ölkələrin Belarusdakı seçki nəticələrini tanımadığını xatırladan Lukaşenko Venesuela ssenarisinin ölkəsində tətbiq edilməyə çalışıldığını qeyd edib. Lukaşenko Belarusa xarici müdaxilənin Polşa, Litva və Ukraynadan gəldiyini iddia edib.