BDU-nun ölən tələbəsinin ekspertiza rəyinin nəticələri açıqlandı - FOTO
19.03.2020

Ötən ilin noyabrında Bakı Dövlət Universitetinin yataqxanasında vəfat edən tələbə Şəkər Xasmətovanın ölümünün səbəbi açıqlanıb.

Visiontv.az xəbər verir ki, Ş. Xasmətovanın atası Faiq Xasmətov qafqazinfo-ya açıqlamasında bildirib ki, qızının ölümünün səbəbi müəyyənləşdirilməsi üçün ekspertiza Türkiyədə aparılıb. Artıq ekspertin rəyi istintaqa daxil olub və tərəflərə elan edilib. Belə ki, ekspertizanın rəyinə görə, Ş. Xasmətova dəm qazından zəhərlənərək ölüb.

Əldə etdiyimiz məlumata görə, ekspert rəyinin bu qədər gecikməsi isə Ş. Xasmətova və digər iki tələbənin özünü pis hiss edərkən çağırdıqları təcili tibbi yardım həkimlərinin onlara "dimedrol" vurmasına görə olub. Belə ki, qanda kimyəvi maddənin olması ekspertizanın aparılmasına və ölümünün səbəbinin müəyyən olunmasına çətinlik yaradıb. Buna görə də Ş. Xasmətova ilə bağlı bir neçə dəfə təkrar ekspertiza keçirilib.

Milli.Az