“Bayraktar DİHA” 2022-də istifadəyə veriləcək
23.09.2021

İlk dəfə “TEKNOFEST”-də nümayiş edilən “Bayraktar DİHA” (Dikey İniş Kalkışlı İnsansız Hava Aracı Sistemi) pilotsuz təyyarəsinin 2022-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Türkiyədə keçirilən aviasiya texnologiya festivalı TEKNOFEST-də nümayiş edilən “Bayraktar DİHA” şaquli enmə-qalxma xüsusiyyətiylə dar ərazilərdə əməliyyat həyata keçirmə imkanına sahibdir. 

Yeni pilotsuz təyyarəylə bağlı açıqlama verən Baykar mühəndisi Burak Özbək, dünyada bu tərz təyyarələrin çox az sayda olduğunu bildirib. 

İlahə Əliyeva