Bayrağımız haqqında nə bilirik?
Bayrağımız haqqında nə bilirik?
09.11.2021 Hikmət Babaoğlu Tərəfindən

Dostlar Bayraq Günü münasibətilə hamınız təbrik edirəm! Bəs Bayrağımız haqqında nə bilirik?

Bayraq, onun rəngləri və üzərindəki simvollar hər bir xalqın dəyərlər və inanclar sistemindən doğan milli-etnik və dini dünyagörüşün ümumiləşmiş kombinasiyasıdır. Bayraq simvoldur, dövlət atributudur. Bayraq sözünün etimologiyası nədir?

Təssüf ki, bizim heç bir lüğətimizdə bu izah edilmir. Ona görə də mən hər şeydən öncə bayraq sözünün etimoloji izahını verməyə çalışacam. Yaşlı nəslin nümayəndələri bayraq sözünü baydaq kimi tələffüz edirdilər. Bu doğrudur. Çünki bayraq sözü bay və dirək sözlərinin birləşməsindən əmələ gələn mürəkkəb sözdür. Burada bay-zəngin, varlı, rifah gətirən, dirək isə dik dayanan sütun, bu zənginliyi, bərəkəti və rifahı başı üstündə saxlayan, qoruyan mənasındadır. Qazax qardaşlarımız yeni paytaxt Nursultanda BayTrek yəni bay-dirək heykəli qoyublar. Bərəkət, ruzi rifah rəmzi olaraq. Əslində etnik adımız, bunu kim qəbul etmirsə lap elə coğrafi adımız Azərbaycan sözünün tərkibində də Bay komponenti var. Bilirsinizmi niyə ?

...Ona görə ki, Orxon abidələrində bizim haqqımızda yazırlar ki, As-Ər lər Bay-Tayqanda yaşayırdılar. Sonralar Göytürkə asi boldılar və az budunu yok boldı! Yəni bizim etnik adımız As, milli keyfiyyətimiz isə Ər yəni savaşçıdır. AsƏr yaxud AzƏr birləşməsi oradan gəlir. Bay Tayqa isə bizim vətənimizdir. Orhon abidələri belə yazır. Biz göytürklərə asi olaraq sonralar oranı tərk edib Qərbə gəlmişik. Ğuz-larla yəni oğuzlarla bərabər. Ona görə də yazır ki, As budunu yok boldı. Göründüyü kimi Az-Ər-Bay-Qan adı buradan əmələ gəlib və Bay tərkibi bizim zənginliyimizin, zadəganlığımızın ifadəsidir. Sonralar Bay sözü Bəy kimi tələffüz edildi ancaq semantik mənası yenə də dəyişmədi, varlı, zəngin məzmununu azca deformasiya etsə də itirmədi. Baydağımızın ya da bayrağımızın üzərindəki simvollara gəldikdə isə səkkiz güşəli ulduz Oğuz Xanın möhürüdür və dünyaya hakim olmağımızın simvoludur. Öğuz xan dünyanı övladlarına vəsiyyət edərkən bir bölgü aparır. Dörd cəhət və dörd yarımcəhətə ox atır və hər istiqaməti birinə vəsiyyət edir. Beləliklə düz müstəvi üzərində 4 cəhət və dörd yarımcəhət üzrə bərabər ölçülü xətt çəkib onların ucuna ox işarəsi əlavə etsək səkkiz güşəli ulduz alınır. Cəhətlər isə belə adlanırdı.Tan yəni Dan yeri dediyimiz Gündoğan, Şərq. Tün yəni Tünd, qaranlıq, günbatan, Qərb. Ak yəni işıqlı, isti ,Cənub. Kara yəni qara soyuq, Kuzey, Şimal. Ağ dəniz və Qara dəniz də iqliminə görə adlandırılıb. Ağ dəniz isti, Qara dəniz isə soyuq dənizdir. Beləliklə Baydağımız üzərindəki səkkiz güşəli ulduzun mənasını artıq bilirik. Rənglərə gəldikdə isə Bayrağımızdakı birinci rəng göy, gök rəngidir. Bu rəng türkçülüyümüzün simvolu kimi izah edilsə də əslində onun altında daha dərin bir qat var. Bu Tanrıçılıq inancı ya da lap elə mənə görə dini ilə bağlıdır. Bütün səmavi dinlərdən öncə tarixdə ilk dəfə səmavi din sahibləri türklər idi. Onalr Tanrının Göydə olduğunu bilir və ona Gök Tenqri deyirdilər. Burada göyün rənginəmi Tanrı adını əlavə edilməsi yoxsa Gök Tanrınınmı adının səmayə verilməsi sonradan rəng adına çevirilməsi mübahisəlidir. Ancaq hər halda göy dilimizdə təkcə rəng bidirmir həm də səmanı, asimanı ya da qədim türkcə desək Acunu ifadə edir. Yəni byarğımızın göy rəngi Tanrıçılıq inancı və milli etnik kimliyimizin səma ilə nəticədə isə göy rənglə asossasiya olunması ilə əlaqədardır. Burada birdən çox izah və məna var. Qırmızı rəngə gəldikdə isə bu rəngi müasirlik yaxud azadlıqla əlaqələndiririk. Əli Bəy Hüseynzadənin türk kimliyi, islam etiqadı və fransız qafası (müasirlik) yaxud Ziya GökAlpın türkçülük, müasirlik və islam kombinasiyası ilə izah edirik . Görəsən bu doğrudurmu? Burada yaşıl rəngin islamla, dinimizlə asossasiya olunması doğrudur. Ancaq qırımızı rəngin müasirliyi, modernizmi simvolizə etməsi məncə doğru olmaya da bilər. Çünki bu rəng daha çox müstəqillik uğrunda tökülən qanımızın rəngi kimi qəbul edilir. Ancaq bu rəngin daha qədim izahı da var. Məsələn biz deyirik ki, tarixdə ilk qırmızı bayrağı Babək Hürrəmi qaldırıb. Bu bəlkə də başa düşülən və izah ediləndir. Ancaq bir məsələ var. Babəkin əsil adı Həsən idi...elə deyilmi ...? ...yox elə deyi! Babəkin əsil adı Əsən idi. Əsən əs ,əsmək felindən əmələ gələn isimdir. Daima hərəkətdə olan, diri qalan, zində (zində farsca diri ) deməkdir. Babək yəni Əsən doğulanda bərk ağlamağa başlayır və qan tərləyir. Anası və ailəsi buna sevinərək qan tərləməyin müqəddəslik əlaməti olduğunu bildikləri üçün ona əbədiyaşar mənasında olan Əsən adı verirlər. Bu gün də qardaş türkiyədə vidalaşan zaman əsən qalın deyərkən yəni sağ-salamat qalın, əbədi yaşayın demək istəyrlər. Deməli qan və onu qırmızı rəngi Babək qəhrəmana çevirilmədən öncə ,körpəliyindən bəri onunla yol gəlir .Bəlkə Babək məhz o rəngi özünə bayraq seçmişdi. Yəni Babəkə qədər artıq qırmızı rəng türklər üçün müqəddəs idi. Biz bu gün də deyirik ki, atlar qan-tər içində mənzil başına çatdı. Ancaq həm də bilirik ki , atlar tərləyir ama bu qan rəngində olmur .Bəs onda niyə qan-tər deyirik. Bunu izahı qanın rəngi ilə bağlıdır. Xan,Kan yaxud Kaan, Kağan sözü də qandan yaranıb.Yəni bir məqəsədə çatmaq üçün qanının tökülməsi və tərinə qarışması hesabına olsa belə həmin məqəsdə çatmağı izah edir. Qəbilələr arası savaşlarda da hansı cəsur gedib qan tökərək yaxud qanı tökülərək qələbə əldə edirdisə ona Qan ya da Xan, Kaan deyərək lider seçirdilər. Yəni təqribən romalılarda olan hərbi demokratiya kimi. Beləliklə qan sözü yeni semantik məna qazanaraq hökümdar, lider, xan mənasını ifadə edirdi. Deməli bayrağımızdakı qırmızı rəng həm azadlığımı həm də öz taleyimizin öz əlimizdə olmasını yəni müstəqilliyimizi bildirir. Bəs ağ bayraq nədir və təslim olan düşmən niyə ağ bayraq qaldırır? Məsələ belədir ki, məğlub tərəf məğlubiyyətini etiraf edən zama ona aid olan bayrağı bir kənara qoyur, yəni bütün dəyər və simvollarından imtina etdiyini bildiri, onları öz bayrağından silərək qalib tərəfin onun bayrağına nə yazacağını ya da qarşı tərəfin bayrağındakı dəyər və simvolları qəbul etdiyini bildirir. Deyir ki, mənim qədərimi ağ bayarq (ağ kağız) üzərində yenidən yazmaq səlahiyyətini sənə verirəm. Necə istəyirsən elə davrana bilərsən! Tanrıya şükürlər olsun ki , erməniləri ağ bayraq qaldırmağa məcbur etdik. Bundan sonra regionumuzun tarixini də gələcəyini də dəyərlərini də biz təyin edəcəyik. Bayraq Günümüz kutlu olsun!

Millət vəkili Hikmət Babaoğlu

visiontv.az