Bayden Ukraynaya hərbi yardım üçün 24 milyard dollar istədi, İlon Mask "bu anormaldır" dedi
29.11.2024

Bayden gedərayaqda ABŞ Konqresindən Ukraynaya hərbi yardım üçün 24 milyard dollar istəyib.

İlon Mask bu təklifi kəskin tənqid edərək "X" sosial şəbəkəsində yazıb:"Bu anormaldır".

Respublikaçı Senator Mayk Li:"Baydenin Ukraynanı maliyyələşdirmək istiqamətində bütün təklifləri rədd edilməlidir".

Konqresvumen Marcori Teylor-Qrin:"Bayden/Harris Ukraynaya nəinki 24 milyard, hətta nüvə silahı vermək istəyirlər".

Bu adamların mövqeyi həlledici olmasa da, respublikaçıların elektoratı arasında əhvalı əks etdirir.

Hal-hazırda Konqres tətildədir, 2 dekabrda konqresmenlər tətillərdən qayıdacaqlar işə, 20 dekabra qədər(yenidən tətillər başlayacaq).

18 gün ərzində Konqresin başlıca vəzifəsi müvəqqəti büdcənin qəbulu olacaq.

Ukraynaya hərbi yardım üçün 24 milyard dolların ayrılmasını ayrıca qanun layihəsi kimi Konqresdə keçirtmək demək olar ki, mümkünsüz olacaq, amma bunun başqa hüquqi mexanizmi də var.

Nümayəndələr Palatasının spikeri Mayk Conson Ukraynaya 24 milyard dollar dəyərində hərbi yardımın ayrılmasını "müvəqqəti büdcə" qanun layihəsinə sala bilər və bu təqdirdə Ukraynaya üçün pullar(silahlar) ayrılacaq.

Mayk Consonun bunu edib etməyəcəyi birmənalı olaraq Donald Trampın iradəsindən asılı olacaq.

Trampın dostları arasında Ukraynanın tərəfdarları olanlar çox az sayda olsalar da, onlar var, və məhz onlar indi Trampın Ukraynaya 24 milyard dolların verilməsinə "OK" deməsi üçün çalışacaqlar. Söhbət Boris Conson, Andjey Duda və Mark Rüttedən gedir.

Baydenin təşəbbüsünün həyata keçməsinin ehtimalı çox az olsa da, mümkünsüz də deyil.

Kamran Cəfərov

visiontv.az