Bayden Qəzzada atəşkəsin çətinliyini etiraf edib
16.08.2024

ABŞ prezidenti Co Bayden Ağ Ev və əsas vasitəçilər Misir və Qətərin İsraillə HƏMAS-ı atəşkəs razılaşmasına sövq etmək səylərini gücləndirməsinə baxmayaraq, Qəzzada sülhün əldə edilməsinin getdikcə çətinləşdiyini bildirib.

 Jurnalistlərin ondan atəşkəs və girovların azad edilməsi razılaşmasının daha uzaq bir ehtimala çevrilib-çevrilmədiyini soruşduqda Bayden "Bu getdikcə çətinləşir" deyib.

ABŞ-ın Yaxın Şərqə əlavə hərbi qüvvə yerləşdirməsınə və İranın dəstəklədiyi fələstinli HƏMAS silahlı qruplaşmasının iştirak etməyəcəyini deməsinə baxmayaraq, Bayden və digər rəsmilər cümə axşamı Qətərin paytaxtı Dohada planlaşdırıldığı kimi danışıqların davam etdirilməsinə çalışır.

Atəşkəsə nail olmaq HƏMAS lideri İsmayıl Haniyənin bu yaxınlarda İran toppağında öldürülməsinə cavab olaraq, Tehranın İsrailə gözlənilən hücumunun qarşısını alacaq. İsrail qətlə görə məsuliyyəti üzərinə götürməsə də, Haniyənin ölümündə günahlandırılır.

Bayden yaxın bir neçə gün ərzində razılaşma əldə olunarsa, İranın hücumu dayandıracağını gözlədiyini deyib.

Qəzzada İsraillə HƏMAS arasında döyüşlərin davam etməsi və Livanda İsraillə Hizbullah arasında sərhədyanı atışmanın güclənməsi fonunda çoxları İranın genişmiqyaslı hücumunun Yaxın Şərqdə daha geniş münaqişələrə səbəb olacağından narahatdır.

visiontv.az