"Bayden İmran Xanı devirdiyinə görə ağır bədəl ödəyə bilər"
17.05.2022

"İmran Xanın ABŞ-ın İsraillə münasibətləri normallaşdırmaq üçün Pakistana güclü təzyiqləri qarşısında müqavimət göstərməsi onun devrilməsinin əsas səbəbi idi"

Əbdül Bari Atvan Londonda yenilənən “Rai Al-Youm” elektron qəzetindəki məqaləsində yazıb:
"ABŞ prezidenti Co Bayden Amerika demokratiyası üslubunda hərəkət edərək Pakistanın baş naziri İmran Xanı baş nazirlikdən uzaqlaşdırmağa nail oldu. Həm də o bu missiyanı İmran Xan hökumətinə parlamentdə etimadsızlıq göstərilməsi ilə yerinə yetirdi. Bayden baş nazirin öz partiyasında parçalanma yaradaraq, bəzi deputatları (12 deputat) satın alaraq, qardaşı çirkli pulların yuyulmasında təqsirli bilinən və fiziki durumunun ağır olması səbəbindən həbsdən azadlığa buraxılan korrupsioner Nəvaz Şərifin qardaşı Şahbaz Şərifin partiyasını dəstəkləyərək sonda İmran Xanı devirməyə və Şahbaz Şərifi Pakistan baş naziri təyin etməyə nail oldu.
İmran Xanın ABŞ və Bayden qarşısında ən böyük günahı Bayden Ağ Evdə işə başladıqdan sonra onunla heç zaman əlaqə saxlamaması, korrupsiya ilə mübarizə aparması, Əfqanıstanda Amerika işğalçılarına qarşı Talibanı dəstəkləməsi, Çinlə siyasi və iqtisadi əlaqələrini gücləndirməsi olub. İmran Xan həmçinin Rusiyanın Ukraynaya hücumundan sonra rəsmi Moskvaya qarşı təzyiqlərə qoşulmayıb.
Ən əsası isə, İmran Xanın ABŞ-ın İsraillə münasibətləri normallaşdırmaq üçün Pakistana güclü təzyiqləri qarşısında müqavimət göstərməsi olub. İmran Xan daim İranın rəhbərlik etdiyi Müqavimət cəbhəsi ilə əlaqələrini gücləndirib. O Səudiyyə-Əmirlik koalisiyasının bayrağı altında Yəmən müharibəsində iştirak etmək üçün qoşun göndərilməsi tələbini də rədd edərək ABŞ-a böyük zərbə vurub."
Bu gün Pakistan xalqı böyük aksiyalar keçirərək İmran Xanın yenidən baş nazir postuna qaytarılmasını tələb edir. Bu hadisə baş verərsə, ABŞ birdəfəlik olaraq Pakistanı itirmiş olacaq!

visiontv.az