Bayden Hindistan rəhbərliyini Rusiyaya qarşı sanksiyalara qoşulmağa şəxsən inandıracaq
23.05.2022

Ukrayna müharibəsi ilə əlaqədar Rusiyanın beynəlxalq təcridini müzakirə etmək üçün ABŞ prezidenti Co Bayden Hindistanın baş naziri Narendra Modi ilə şəxsi görüş təyin edib.

Bu barədə CNN xəbər verir.

ABŞ prezidenti Hindistanın baş naziri ilə Yaponiyada görüşəcək. ABŞ administrasiyası Hindistanı Qərbin anti-Rusiya sanksiyalarına qoşulmağa razı salmaq üzərində işləməyə davam edir.

Baydenin Modi ilə söhbəti "Quad" sammiti çərçivəsində baş tutacaq. Bu qurum Sakit okeanın təhlükəsizliyini təmin etmək üçün ABŞ, Hindistan, Yaponiya və Avstraliyanın qeyri-rəsmi ittifaqıdır.

Milli təhlükəsizlik müşaviri Sallivan danışıqların "konstruktiv və birbaşa" olduğunu açıqlayıb. Onun sözlərinə görə, söhbətin mövzusu yeni olmayacaq. Bayden və Modi artıq telefon danışığında Rusiya Federasiyasına qarşı sanksiyalar məsələsini danışıblar.

Sammitdə dördlü liderlər Rusiya ilə münasibətlərlə yanaşı,Tayvan kimi digər təhlükəsizlik məsələlərini də müzakirə edəcəklər. 

Bundan əvvəl Hindistan Rusiya ilə Ka-31 erkən xəbərdarlıq helikopterlərinin alınması ilə bağlı danışıqları qeyri-müəyyən müddətə dayandırıb. Dayanmağa səbəb Dehlinin Rusiya Federasiyasının sifarişi yerinə yetirmək qabiliyyətinə dair qeyri-müəyyənliyi olub. Bununla belə, Hindistan hökuməti Qərbin ona qarşı sanksiyalarını dəstəkləməsə də, Rusiya ilə əlaqələrdən uzaqlaşmağa çalışır.

Yeri gəlmişkən, prezident Bayden KXDR lideri ilə görüş üçün şərt irəli sürüb.

Aytən Əlizadə

visiontv.az