Başqa kişi ilə yataq fotosunu səhvən sevgilisinə göndərdi, özünü asdı - FOTO
15.07.2019

İngiltərədə dəhşətli intihar hadisəsi baş verib.

VisionTV.az  ölkə.az-a istinadən bildirir ki, 17 yaşlı Şarlotta Qay adlı gənc qız başqa bir kişi ilə yataq fotolarını rəfiqəsi əvəzinə səhvən sevgilisinə göndərib. 20 yaşlı Cek isə sevgilisinin göndərdiyi fotolardan sonra şoka düşüb. Şarlotta isə onunla üz-üzə görüşüb hər şeyi danışmaq istədiyini bildirib. Amma Cek bu təklifi qəbul etməyib.

Gənc qız bundan sonra "Mən dəhşətli adamam, səni sevirəm, mənə nifrət etdiyini bilirəm, məni bağışla" tipli mesajlar göndərdikdən sonra özünü asıb. Cek mesajlardan şübhələnərək Mançester polisinə xəbər verib. Polis araşdırmalardan sonra Şarlottanı asılmış vəziyyətdə tapıb. Qızın qanında yüksək miqdarda kokain və narkotik maddə aşkarlanıb.