Baş verənlər Ermənistanda vəziyyəti daha da çətinləşdirəcək - Məhəmməd Əsədullazadə 
Baş verənlər Ermənistanda vəziyyəti daha da çətinləşdirəcək - Məhəmməd Əsədullazadə 
15.07.2021 Məhəmməd Əsədullazadə Tərəfindən

Rusiya sülhməramlı qüvvələrinin müvəqqqəti yerləşdiyi ərazilərdə növbəti dəfə qanunsuz erməni silahlı birləşələri Şuşa ətrafında bölmələrimizi atəşə tutub. Artıq Rusiya Qarabağda sülhməramlı missiyasını yerinə yetirmir və Azərbaycan öz ərazisindən atəşə məruz qalır.  10 noyabr Birgə Bəyannamənin 4-cü bəndi yerinə yetirilmir, hətta buradak silahlı ermənilər Azərbaycana qarşı silahlı hücmlar təşkil edir. Azərbaycan hərəkətə keçməlidir. 1990-cı illər deyil ki, Rusiya hərbiçiləri olduğu üçün biz seyrçi qalacağıq. Qarabağdakı ermənilərin bu fəaliyyətinə Rusiya məsuliyyət daşıyır. 

Buna baxmayaraq Rusiya bununla N. Paşinyan hakimiyyətini çətin bir vəziyyətə salaraq Azərbaycanla mümkün danışıqları sabotaj edir. Qarabağdakı erməni separatçıların fəaliyyəti birbaşa Ermənistan hakimiyyətinin və xalqının əlehinə işləyir. Bunu N. Paşinyan da çox gözəl anlayır və çıxış yolu kimi  Rusiyanın ölkəsində mövqelərini zəiflətməyə çalışacaq. Müharibədən sonra, Rusiya Qarabağda elə bir vəziyyət yaradır ki, göstərmək istəyir ki, münaqişə bitməyib. 

Ermənistanda seçkilərdən sonra Azərbaycanla danışıqların başlanması gözlənilirdi. Rusiya məhz bunun qarşısnı alması üçün Qarabağda erməni təxribatlarına rəvac verir. Baş verənlər Kremldən idarə olunur. Ermənistanın Qarabağda kiçik bir ərazidə heç bir siyasi-hərbi mövqeyi yoxdur. Rusiya 10 noyabr və 11 yanvar razılaşmalarını bununla sabotaj edir. Regionda sülhün və təhlükəsizliyin əldə edilməsi, Zəngəzur dəhliznin açılması, Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsi Qərbin regionda təsirinin artmasına gətirib çıxaracaq. Ona görə də Rusiya bunun qarşısını almaq üçün istənilən varianta əl atacaq. Hətta sərhəddə erməni silahlılarının Azərbaycana hücumunu təşkil edəcək. Qarabağdakı erməni silahlılarının postlarımıza hücumunu təhrik edəcək. 

Baş verənlər Ermənistanda vəziyyəti daha da çətinləşdirəcək. N. Paşinyan seçkidə söz verdiyi kimi sülh və iqtisadii ikişafı təmin edə bilməyəcək. Bu da xalqda ciddi narazılıq doğuracaq. Nəticədə Qarabağ klanı və R. Koçaryan Rusiyanın dəstəyi ilə hərəkətə keçəcək. Rusiya bununla N. paşinyanın mövqelərini sarsıtmağa çalışır. 

Rusiya post-münqaişə dövründə sülhün və təhlükəsizliyin əldə edilməsinə mane olur. Rusiyanın əsas planı bundan ibarətdir. 
Ona görə də N. Paşinyanın hakimiyyəti təhlükəli ssenariyə keçir. Azərbaycana qarşı Rusiyanın təzyiqləri müsbət nəticə verməyəcək. Rusiyanın mövqeləri daha da zəifləyəcək. Azərbaycan Türkiyə ilə birgə regionda daha da güclənəcək. Azərbaycan Qarabağda erməni silahlı birləşmələrini zərərləşdirməlidir. Prezident İlham Əliyev baş verənləri sükutla qarşılamayacaq. Yaxın vaxtlarda Rusuya və erməniləri təşvişə salacaq yeni bir planın şahidi ola bilərik. 

MCP sədrinin muavini, politoloq Məhəmməd Əsədullazadə 

Visiontv.az