20.08.2019
Axtar
Yaradıcılıq-Araşdırma
alt

Barmaq izlərinin sirri və Qurandakı heyrətamiz riyazi dəqiqlik...

Etiraf etməliyik ki, qanuni oğrular bu gün cəmiyyətə çox böyük nüfuz etməkdədir və demək olar ki, söz sahibidirlər. Hətta bir çox dövlətlər hazırda mafiya (oğru) qanunları ilə idarə olunur. Bu səbəbdən cəmiyyətdə kriminal hadisələr çoxalmışdır (etiraf edək ki, ən çox oxunan da dedektiv janrında olan əsərlərdir). Bütün bunları nəzərə alıb, kriminal aləmə elmi - ladunla bir nəzər salmaq qərarına gəldim. 

Qeyd edim ki, bu aləmin əsas "atributu" barmaq izləridir. Odur ki, sahəni işıqlandırmağa da buradan başlayaq. Bildiyimiz kimi, barmaq izlərini araşdıran dünyəvi elm DAKTİLOSKOPİYYA adlanır. Bütün elmlərin mənbəyi Qurandadır. Bəs Daktiloskopiyya necə? Bu elm müqəddəs kitabda necə əksini tapıb? 

Nəzərinizə çatdırım ki, insanın anatomik quruluşunda olan saysız-hesabsız hikmətlərdən biri də barmaq izləridir. Dünya yaranandan nə qədər insan gəlib-getsə də, heç birinin barmaq izləri bir-birinə bənzəmir. 

Quranda bu mövzuda cəmi bir ayədə söhbət açılaraq bildirilir ki, qiyamət günü insanlar dirildilərkən, həmin izlər olduğu kimi bərpa olunacaq və əməlləri ona həmin izlərlə sübut olunacaq: "Bəli, Biz onun barmaqlarını da (barmaq izlərini) düzəltməyə qadirik!" Quran, 75:4.

Elmi - ladun mənə işarə verdi ki, Quranın birinci ayəsindən başla, 75-ci surənin 4-cü ayəsinə qədər say, gör nə görəcəksən. Mən də tənbəllik etməyib saymağa başladım. Həmin barmaq izlərindən bəhs edən yeganə ayəyə çatanda gördüm bu Quranın 5555-ci ayəsidir. 

Deyəcəksiniz ki, nə olsun? Buradakı hikmət ondan ibarətdir ki, insanda iki əl və iki ayaq olmaqla, hər birində 5 barmaq vardır. Bunların dördünü yanaşı qoyduqda 5555 ədədi alınır ki, bu da "Qiyamət" (75) surəsinin 4 - cü ayəsini göstərir: "Bəli, Biz onun barmaqlarını da (barmaq izlərini) düzəltməyə qadirik!" Quran, 75:4.(5555-ci ayə)

Bu və digər hikmətlər onu göstərir ki, Quranın sözləri Allaha məxsus olduğu kimi, onun düzülüşü və nömrələnməsi də Rəbbimə məxsusdur. 

Odur ki, əməllərinizə diqqət edin. Çalışın ki, barmaq izləriniz ancaq gözəl əməllərin üzərində qalsın. Çünki hansı vəzifədə işləməyinizdən aslı olmayaraq, bir gün mütləq əməlləriniz araşdırılacaq!

Şərh yazın