Balakəndə yaşadığı evin həyətində narkotik becərən şəxs saxlanılıb
11.04.2019

Narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti ƏMƏLİYYAT tədbiri həyata keçirilib

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirib.

 

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Talalar kənd sakini, 28 yaşlı Eşqin Abbasov saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 7 ədəd narkotik tərkibli çətənə bitkisinin şitilləri aşkar edilərək götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

xezerxeber.az