Bakının mərkəzində bir kişi özünə benzin tökərək od vurub.
Visiontv.az xəbər verir ki, bu barədə “oxu.az”a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Hadisə iyunun 1-də saat 16:00 radələrində Yasamal və Səbail rayonlarının sərhədində, Qədirli küçəsində yerləşən 3 nömrəli evin yaxınlığında baş verib.
Belə ki, 1985-ci il təvəllüdlü paytaxt sakini Hüseyn Nuriyev intihara cəhd edib.
O, 5 saylı Kliniki Xəstəxananın Yanıq Mərkəzinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.
H.Nuriyevi intihara vadar edən səbəblər barədə hələlik məlumat verilməyib. Faktla bağlı araşdırma aparılır.
Fövqəladə vəziyyət rejiminin tələblərini pozan fiziki şəxslər üçün cəzalar sərtləşdirilir