Bakının işğaldan azad olunması münasibətilə hərbçilərin yürüşü - FOTOLAR
15.09.2021

Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 103-cü ildönümü münasibətilə hərbi yürüş keçirilib. Tədbirdə ictimaiyyətin nümayəndələri, rəsmi şəxslər də iştirak ediblər.

Qeyd edək ki, 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu şiddətli döyüşlərdən sonra Bakı şəhərini daşnak-bolşevik hərbi birləşmələrindən azad edib. Xalqımız Azərbaycanı daşnak-bolşevik təcavüzündən xilas edən türk şəhidlərinin xatirəsini daim ehtiramla anır. Bu ehtiramın ən böyük nümunəsi ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Bakıdakı Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılan abidə kompleksidir.

Visiontv.az