22.011.2019
Axtar
Gündəlik
alt

Bakının iki magistralında sürət həddi endirilib

Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Heydər Əliyev-Hava limanı və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə Visiontv.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, eyni zamanda elektron tablolarda sürüşkən yol işarəsi qoyulub.

“Məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə riayət etsinlər, həmçinin metereoloji amilləri nəzərə alsınlar”, - deyə məlumatda qeyd olunub.

Şərh