Bakıda “Zəfər” Yarmarkası keçiriləcək
Videonu Aç
14.10.2021

Tezliklə Dənizkənarı Bulvarda böyük qələbəmizə həsr olunan “Zəfər” Yarmarkası keçiriləcək.

ASAN Xidmətdən Visiontv.az-a verilən məlumata görə, “Qarabağ qəhrəmanlarının izi ilə” mövzusunda baş tutacaq yarmarkadan əldə olunan gəlir şəhid ailə üzvləri və yaralılarımıza dəstək olmaq məqsədilə “YAŞAT” Fonduna ianə ediləcək.

“Zəfər” Yarmarkasında iştirak etmək istəyən şirkətlər 8110 nömrəsi ilə əlaqə saxlaya bilərlər.