Bakıda yeni layihə: "Kitab dayanacağı"
17.10.2019

Bakıda ilk dəfə olaraq kitab dayanacağı yaradıldı. "Kitab dayanacağı" layihəsinin təşkilatçısı "Progress club"dur. Layihənin təşkil olunduğu ilk ərazi Nəriman Nərimanov rayonu, Nazim Hacıyev küçəsindədir.
"Progress club"un icraçı direktoru Röyal Süleymanov layihə ilə bağlı  açıqlama verib. O, bildirib ki,bu layihənin həyata keçrilməsində əsas iki məqsəd var:
"Birinci məqsəd hamıya aydın olduğu kimi, insanlarda kitab oxuma vərdişlərini artırmaqdır. Əgər dünya ortalamasına baxsanız, görəcəksiniz ki, azərbaycanlılar kitab oxuma vərdişlərinin intensivliyinə görə aşağı sıralarda yer tutur. Biz də bu layihəmizlə çalışırıq ki, kitabları insanlar üçün asan, əlçatan hala gətirək və yavaş-yavaş kitab oxuma vərdişini gücləndirək. Layihəni reallaşdırmaqda ikinci əsas məqsədimiz isə əhalidə "ictimai mülkiyyət" anlayışını aşılamaqdır".
Röyal Süleymanov bildirib ki, bu layihənin təşkilində SOCAR-ın böyük dəstəyi var:
"SOCAR-ın əməkdaşları həmin köşkə nəzarət edəcəklər. Ola bilər ki, azyaşlılar kitabları cırsın yaxud zədələsin. Buna həm də əhali nəzarət etməlidir. Paytaxt sakinləri gəlib istədiyi kitabı dayanacaqdan götürüb oxuya və istədiyi vaxt qaytarıb yerinə qoya bilərlər. Bundan əlavə, öz kitablarından da hədiyyə kimi həmin köşkə yerləşdirə bilərlər".
Qeyd edək ki, paytaxtın bir neçə yerində kitab dayanacaqları quraşdırılması nəzərdə tutulur. Növbəti kitab dayanacağının Sabunçu rayonunda təşkil olunması planlanır.(sonxəbər.az)

 

Bakıda yeni layihə: "Kitab dayanacağı"Bakıda yeni layihə: "Kitab dayanacağı"