Bakıda Türkmənistan vətəndaşı dəm qazından ölüb
03.04.2019

Hadisə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında baş verib.

Trend-in verdiyi  məlumata görə bildirək ki, hadisə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında baş verib.

Belə ki, aprelin 2-də Türkmənistan vətəndaşı, 1963-cü il təvəllüdlü Alimov Yuzbek Selimoviç idarə etdiyi yük avtomobili ilə Türkmənistana getmək üçün Gürcüstandan Azərbaycana keçərək gətirdiyi yükü Türkmənistana aparmaq üçün limana gəlib.

Limanda növbəsini gözləyən Y.Alimov avtomobilinin kabinəsinə keçərək orada qaz balonunu yandırıb. Bir müddətdən sonra Y.Alimovun növbəsi çatsa da, o, avtomobili hərəkətə gətirməyib. Liman mühafizəçiləri yük avtomobilinin şüşəsini sındıraraq avtomobilin kabinəsinin yataq yerində Y. Alimovu ölmüş vəziyyətdə aşkarlayıb. Məlum olub ki, Y.Alimov kabinədə yanmış vəziyyətdə qoyduğu qaz balonundan yayılan dəm qazından zəhərlənib.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.