Bakıda təcili tibbi yardım maşını qəzaya düşüb.
Visiontv.az-ın verdiyi xəbərə görə, qəza Heydər Əliyev prospektində qeydə alınıb.
Yağışlı hava şəraitində baş verən qəza zamanı 3 avtomobil toqquşub. Zəncirvari qəza zamanı avtomobillərə ciddi ziyan dəyib.
Hadisə zamanı xəsarət alan olmayıb.