Bakıda qadınların uşaqları ilə birlikdə yolu bağladı – FOTO
22.07.2019

VisionTV.az xəbər verir ki, bu barədə hadisə şahidləri BAKU.WS-in "qaynar xətti"nə məlumat veriblər.

Bildirilir ki, qadınlar və uşaqlardan ibarət ailə üzvləri "20 yanvar" stansiyası yaxınlığında, üzü Tbilisi istiqamətində yolu bağlayıblar.

Fotodan da göründüyü kimi 5 qadın və uşaqlar yolu bağlayıb.

Ərazidə böyük tıxac yaranıb. Hadisənin səbəbləri bilinmir.

Hadisə ilə əlaqədar yasama rayon İcra Hakimiyyətilə əlaqə saxladıq.

Qurumdan BAKU.WS-ə bildirdilər ki, məsələ ilə əlaqədar rəhbərliyə məruza ediləcək. Araşdırmalardan sonar vətəndaşların nə səbəbə etiraz etdikləri məlum olacaq.

Hadisənin görüntülərini təqdim edirik. 
Bakıda qadınların uşaqları ilə birlikdə yolu bağladı – FOTO (YENİLƏNİB)