Bakıda piyada keçidində ana və uşağı maşın belə vurdu - REAL GÖRÜNTÜ
Videonu Aç
02.03.2021

Bakıda baş vermiş piyadavurma hadisəsi kameraya düşüb. .Gənc qadın məktəbli uşağın əlindən tutuaraq piyada keçidindən yolu keçməyə çalışır. Yolun bir hissəsini keçdikdən sonra dayanır və avtomobillərin gözləməsinə baxır. Daha sonra isə yolu keçmək istəyir. Bu zaman sürətlə hərəkət edən "VAZ 2107" markalı avtomobilin sürücüsü piyadaları vurur. Hadisə nəticəsində ölən olmasa da hər iki piyada xəsarət alır.  Hadisəyə nəzər saldıqda avtomobillərin nizamlanmayan piyada keçidində dayanmadığının şahidi oluruq. "VAZ" avtomobilindən əvvəl bir neçə sürücü piyadaya yol verməyərək keçir. Nəticədə isə analoji qəza baş verir. 

Avtosfer