Bakıda oğlan sevdiyi qızın yaşadığı bina önündə fişəng partlatdığına görə döyüldü - VİDEO
26.08.2019

İki gün öncə Bakı şəhər Binəqədi rayonu 9-cu mikrorayon ərazisində kütləvi davaya səbəb olan "fişəng"in partlama anının videosu yayılıb.

VisionTV.az xəbər verir ki, Adil Məmmədov küçəsi 11 ünvanında yerləşən binanın qarşısına gələn gənc oğlan həmin binada yaşayan sevdiyi qızı təsirləndirmək üçün fişəng atıb. Bunu görən bina sakinləri onu əhatəyə alaraq döyməyə başlayıb. Hadisə yerinə yaxınlıqdakı 7-ci Polis Şöbəsinin əməkdaşları gəlib və tərəfləri ayırmağa çalışıb.

Fişəngin partlama anının və davanın videosunu təqdim edirik: