Bakıda məşhur marketdə 15-ə yaxın şəxs zəhərlənib
04.07.2022

Bakıda marketdə kütləvi zəhərlənmə olub.

Visiontv.az xəbər verir ki, hadisə Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən "Bolmart" supermarketdə qeydə alınıb.

Mağazada 15-ə yaxın şəxs zəhərlənib.

Təcili yardım vasitəsilə zəhərlənənlərə müdaxilə edilib, vəziyyətləri ağır olanlar xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır, zəhərlənmənin səbəbləri araşdırılır.

APA