Bakıda maşın dirəyə çırpıldı - VİDEO
15.06.2019

Bakı mərkəzində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı mərkəzində yol-nəqliyyat hadisəsi baş verib.

VisionTv.az Oxu.Az-a istinadən xəbər verir ki, qəza paytaxtın Yasamal rayonu ərazisində, Mərkəzi Parkın yaxınlığında qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Lada” markalı, 99 SR 611 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək dirəyə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, maşına ciddi ziyan dəyib.