Bakıda kuryer qəzaya uğradı
11.09.2020

Son günlər Bakıda motosikletlə işləyən kuryerlərin qəzaya uğraması halları artıb.

Belə hadisələrdən biri də bu gün saat 12 radələrində Bakının Nəsimi rayonu ərazisində qeydə alınıb.

“Wolt” şirkətinin kuryeri Kövkəb Səfərəliyeva küçəsində motosikletlə hərəkətdə olarkən qarşıdan gələn "Mercedes" markalı, 07BJ 199 markalı avtomobillə toqquşub.

Qəza nəticəsində kuryer xidməti göstərən motosiklet sürücüsü bədən xəsarətləri alıb.

Visiontv.az xəbər verir ki, avtomobilin sürücüsü BAKU.WS-ə açıqlamasında bildirdi ki, qəzada günahı olmayıb:

"Yaşıl işıqda dönmə əməliyyatını yerinə yetirərkən qarşıdan gələn motosiklet sürücüsü qarşıma çıxdı. Sürətlə hərəkət etdiyi üçün aşdı və başı yerə dəydi".