Bakıda koronavirusa ən çox yoluxma qeydə alınan rayonun adı açıqlandı - SİYAHI
23.06.2020

Bakının rayonları üzrə koronavirusa yoluxma göstəriciləri açıqlanıb.

Visiontv.az  koronavirusinfo.az saytına istinadən xəbər verir ki, son statistikaya əsasən, ən çox yoluxma Binəqədi (12.3%)  rayonunda qeydə alınıb.

İkinci yerdə Yasamal (12.2 faiz), üçüncü yerdə isə Xətai (12.2 faiz) rayonlarıdır.

Sabunçuda 11.7 faiz, Nəsimidə 11.9 faiz, Suraxanıda 9.2 faiz, Nərimanovda 8.8 faiz, Nizamidə 7.9 faiz, Qaradağda 6 faiz, Xəzər rayonunda 4.3 faiz, Səbaildə 4.2 faiz, Pirallahıda 0.3 faiz təşkil edib.

Qeyd edək ki, indiyədək ölkədə ümumilikdə 13 207 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7168 nəfər müalicə olunaraq sağalıb, 161 nəfər vəfat edib, 5878 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.