Bakıda itkin düşən Türkiyə vətəndaşları tapılıb
21.11.2019

Bakıda itkin düşən Türkiyə vətəndaşları tapılıb.

Visiontv.az-ın məlumatına görə, Türkiyədən Bakıya qonaq gələn Terikli Serhad Nizami rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək, arvadı, 1998-ci il təvəllüdlü Aytac Səmədovanın, övladı, 2019-cu il təvəllüdlü Terikli Fazil və bacısı qızı, 2003-cü il təvəllüdlü Tercan Eda ilə birlikdə itkin düşdüyünü bildirib.

Nizami rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində itkin düşən şəxslərin yeri qısa müddətdə müəyyən edilib və onlar ailələrinə təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır.