Bakıda iş adamını öz maşınında güllələdilər - YENİLƏNİB - VİDEO - FOTO
14.06.2019

Bakının Sabunçu rayonunda silahlı insident olub.

VisionTV.az oxu.az-a istinadən bildirir ki, hadisə Zabrat yolu, Şəhər şossesində baş verib.

İlkin məlumata görə, Suraxanı rayonu, Əliheydər Qarayev küçəsində qeydiyyatda olan 1972-ci il təvəllüdlü Məmmədov Ramiz Hümbət oğlu  qanı Rauf Həsənov  tərəfindən güllələnib.

Onlar arasında yaranan mübahisə zamanı yuxarıda adı çəkilən şəxs avtomobilindəki odlu silahı götürərək R.Məmmədova atəş açıb.

R.Məmmədov dərhal xəstəxanaya çatdırılıb və cərrahiyyə əməliyyatı edilib. Onun aşağı ətraflarından və qarın nahiyəsindən çoxsaylı yaralar aldığı bildirilir.

R.Məmmədov həkimlərin səylərinə baxmayaraq dünyasını dəyişib.

"Hozu" ləqəbli Ramiz Məmmədovun Sabunçu rayonu ərazisində fəaliyyət göstərən 84 və 113 saylı marşrut xəttinin sahibi olduğu bildirilir.O avtomobilindən düşən zaman güllələnib

Hadisəni törədən şəxs hadisə yerindən qaçıb.

Milli.Az