Bakıda gənc oğlan özünü 11-ci mərtəbədən atdı
13.11.2020

Bu gün paytaxtın Nəsimi rayonu ərazisində intihar hadisəsi qeydə alınıb.

Visiontv.az-ın hadisə yerdində olan əməkdaşının verdiyi xəbərə görə, intihar edən şəxs hündürmərtəbəli binanın 11-ci mərtəbəsindən qışqıraraq özünü yerə atıb.

Hadisə yerinə dərhal rayon polis şöbəsinin əməkdaşları, həmçinin təcili yardım maşını gəlib.

Şahidlərin verdiyi məlumata görə,intihar edən şəxs 2003-cü il təvəllüdlü Denis Qalib oğlu Hümmətovdur.

İntihara ilkin səbəb kimi ailə-məişət zəmnində baş verən problemlər olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.