21.02.2020
Axtar
Gündəlik
alt

Bakıda idarəetməni itirən sürücü avtomobili işıq dirəyinə çırpıb - VİDEO

Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

Visiontv.az-ın məlumatına görə, qəza İlqar Musayev küçəsində baş verib.

Taksi fəaliyyəti ilə məşğul olan sürücü idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı işıq dirəyinə çırpılıb.

Hadisə zamanı avtomobil deformasiyaya uğrayıb, sürücünün yüngül xəsarət aldığı bildirilir.

Əraziyə Suraxanı Rayon DYP əməkdaşları cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.

APA

Şərh