Bakıda kişi və qadın dəm qazından zəhərlənərək ölüb.
Visiontv.az-ın verdiyi xəbərə görə, hadisə paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində qeydə alınıb.
1961-ci il təvəllüdlü Natiq Cavadov və onun həyat yoldaşı, 1967-ci il təvəllüdlü Aytən Zeynalova qonaq getdikləri evin hamamında birlikdə çimərkən dəm qazından zəhərlənərək ölüb.
APA