Bakıda direktor məktəbdə əsəbiləşdi, öldü
02.10.2019

Bakının Maştağa qəsəbəsində yerləşən 293 nömrəli məktəbin direktoru Vaqif Tarverdili vəfat edib.

VisionTV.az  News24.az-a istinadən  xəbər verir ki, 60 yaşlı direktor məktəbdə əsəbləşdiyi üçün insult keçirərək komaya düşüb. O, 3 saylı şəhər klinik xəstəxanaya çatdırılsa da, orada keçinib.

Qeyd edək ki, Vaqif Baba oğlu Tarverdili sözügedən məktəbə ötən il direktor təyin olunmuşdu.