Bakıda daha altı tələbə qız zəhərləndi
26.11.2019

Bakıda altı tələbə qız dəm qazından zəhərlənib.

Visiontv.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, bununla bağlı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə məlumat daxil olub. Xəzər Universitetinin tələbələri olan 6 qız Təcili Tibbi yardım avtomobili ilə xəstəxanaya gətiriliblər. 

Onlar müəssisəyə dəm qazından zəhərlənmə diaqnozu ilə daxil olublar. Çağırış saat 4:47 radələrində olub. Qızların dediyinə görə, hadisə kirayələdikləri Qara Qarayev prospekti 76, mənzil 28-də baş verib.