Bakıda bir ailənin 4 üzvü qidadan zəhərlənib
29.11.2019

Biləcəri 5-ci Şimal küçəsində yerləşən fərdi yaşayış sahəsində bir ailənin 4 üzvünün zəhərlənməsi barədə məlumat Təcili Tibbi Yardıma saat 22:27-də daxil olub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Visiontv.az-a verilən məlumata görə, ünvana gələn Təcili Tibbi Yardım briqadasının həkimləri evdən 11 və 16 yaşlı qızları, onların 37 yaşlı anasını və 59 yaşlı nənəsini götürüblər.

Azyaşlılar 2 saylı uşaq xəstəxanasına, ana ilə nənə isə Kliniki Tibbi Mərkəzə çatdırılıblar.